Biomodullar
İctimai yaşayiş yerlərdində, istirahət mərkəzlərində, otellərdə, xəstəxanalarda, hərbi sənaye obyektlerində, tədris müəsissələrində yerləşən kanalizasiya sistemlərində meydana gələn çirkab sularını təmizləməklə yanaşı, həm də ətraf mühiti qoruyur.
Sənayə müəsissələrində, zavodlarda, sənaye zonalarında istehsal prosesi zamanı meydana gələn çirkab suların təmizlənməsini təmin edə bilirik. Bu sistem 15 gün müddətində quraşdırılıb təhvil verilir. Bu biomodul layihəsi yüksək səviyyəli mütəxəsislər tərəfindən hazırlanmışdır. Biomodulun çənləri paslanmaya və karroziyaya qarşı boyalarla rənglənmişdır.
İçərisində çirkab suları olan təmizləmə sistemlərinə ilkin mərhələdə oksigen verilir və oradakı mikroorganizmlər inkişaf etdirilir, sobra isə onlar karbon qazına və suya çevrilir.
Əvvəlcə çirkab suları təmizləyici hovuzda iri həcimli hissəciklərdən təmizlənir və digər çənə ötrülür. İri hissəciklərdən təmizlənmiş su pompalar vasitəsi ilə xirda çöküntülərdən təmizlənmə çəninə ötrülür. Burada- təmizləmə çənində yeni mikroorganizmlərdən və qeyri üzvi maddələrdən ibarət kliverlər yaranır. Sistemin oksigen ilə təmin olunması isə aşağıya bərkidilmiş difizorlar və bloverlər vasitəsi ilə həyata keçirilir. Təmizlənən su avtomatik olaraq xlorlanir və gigyenik cəhətdən təmizlənir. Həmin sudan suvarma məqsədi ilə istifadə etmək mümkündür.
Bu sistem kompüterləşdirlərək insan müdaxiləsi olmadan belə, tam avtomatik şəkildə işləyir.