Dəmir konsturksiyalı və prefabrik strukturlar

Dəmir konstruksiyalı strukturların növləri hansılardır?

Dəmir konstruksiyalı strukturlar, ağır və yüngül dəmir konstruksiyalı strukturlar olaraq iki yerə ayrılır. Böyük  fabrik binalarını, böyük inşaatlar ağır dəmir strukturlara, prefabrik  və anbar strukturlarını da yüngül dəmir konstruksiyalı strukturlara nümunə verə bilərik.

 

Dəmir  konstruksiyalı quruluşlardan haralarda İstifadə edə bilərik?

Dəmir konstruksiyalı strukturlar əksəriyyətlə böyük zavod binaları, böyük sənaye strukturları, idman sağlamlıq mərkəzləri, ticarət mərkəzləri, digər növ ticarət obyektləri, və.s bu kimi iri obyektlərdə istifadə edilməsi mümkündür.

Dəmir konstruksiyalı strukturlar  zəlzələyə davamlı və möhkəmdir. Quraşdırılmasında və daha az işçı qüvvəsindən istifadə edilir.Dəmir konstruksiyalı strukturların quraşdırılması sürətlidir, dəfələrlə sökülüb təkrar yığıla bilər və uzun ömürlüdür.

prefabrik ev

Prefabrik strukturlar əvvəldən hazırlanmış beton zəmin üzərinə quraşdırılır. Sistemin dəmir konstruksiyalı olması ilə prefabrik strukturların ən böyük üstünlüyü, zəlzələyə davamlı  və yüngül olmasıdır.

Prefabrik strukturların qısa müddətdə istehsal edilməsi, sürətli quraşdırılması vəbir neçə dəfə sökülüb təkrar quraşdırıla bilməsi , bu strukturlara olan tələbatı artırır.

Prefabrik binalar istənilən ölçüdə və dizaynda hazırlana bilər. Strukturlar tək qatlı ola bildiyi kimi iki və ya üç qatlı da hazırlana bilər. Məhsulun daşınması, TİR, gəmi, yük konteyneri, qatar və ya yük təyyarələri ilə həyata keçirilə bilər. Xaricə  istehsallarda prefabrik məhsullar  beynəlxalq daşıma və qablaşdırma qaydalarına uyğun olaraq qablaşdırılır.

Konteyner və prefabrik quruluş Katalogu

Prefabrik ev katalogu